BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 794 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 874 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 650 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 410, hazırkı dövrədək isə 6 996 835 test aparılıb.

Tarix: 15 İyul 2022, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin