BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Həsənovun yerinə TƏYİNAT

Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri dəyişib. 

 

Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

 

Fərmana əsasən, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri təyin edilib.

 

Qeyd edək ki, bundan əvvəl komissiyasının sədri Baş Nazirin sabiq müavini Əli Həsənov olub.APA

Tarix: 11 Mart 2020, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin