BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəhərlənərək ölən tələbənin qohumu: “Qidadan zəhərlənən insanın daxili orqanları parçalanmaz”

Bakı Dövlət Universitetinin zəhərlənərək ölən IV kurs tələbəsi Şəkər Xasmətovanın qohumu Samir İsayev bəzi faktları açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, S.İsayev bu məsələdə həkimləri ittiham edib.

 

O qeyd edib ki, bəziləri tələbənin qidadan zəhərləndiyini iddia edir, bu, belə deyil: “Qidadan zəhərlənən insanın daxili orqanları parçalanmaz, bəs nədən? niyə? nə səbəbdən? Sualların cavabı ekspertizanın cavablarında özünü tapacaq, bizə gözləmək qalır, o gözləmək ki heç vaxt onu bizə qaytarmayacaq, sadəcə kiçik təsəlli olacaq, kiçik təsəlli, çox kiçik...

 

Suallardan biri hadisə baş verən axşamı təcili tibbi yardımın çağırılması və zəhərlənmə diaqnozu qoyulan insana “Smes” vurulmasıdır, zəhərlənən insanı yuxuya vermək öldürməkdir açıq aşkar... Yataqxanada hansısa qız gec gələndə, hansısa qızı oğlanla görəndə mühafizəçi, nəzarətçi qızın qohumlarına xəbər verir, bu boyda həngamə olub, nömrənin ona məlum olmasına baxmayaraq, heç bir yaxınına zəng edilməyib. Bu bildiyimiz faktlardır. Bilmədiyimiz, amma bilmək istədiyimiz o qədər faktlar var ki, hamısı boğur bizi... 20 yaşlı nişanlı, növbəti il toyunu gözlədiyimiz, toyun vaxtını belə müəyyən etdiyimiz, ömrü boyu heç bir xəstəlikdən şikayət etməyən gözəl qızımızın ölümün tam araşdırılmasını, bütün təqsirkarların cəzalanmasını istəyirik, bu gün bizim balamıza qıyan həmin canilər sabah sizin balanızı hədəfə ala bilər”.

 

Xatırlatma: Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Zəhərlənən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 24 Noyabr 2019, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin