BURADA REKLAMINIZ OLA
BİLƏR

ÜST koronavirusu pandemiya elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. 
 

Pravda.az-ın xəbərinə görə, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus keçirdiyi mətbuat konfransında məlumat verib. 


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.
 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.
 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.Report

Tarix: 11 Mart 2020, 20:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin