BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan futbolu üçün 40 arvad yığışıb ağlamalıdır”

“Milli komanda uduzub? Nə danışırsız, elə şey olar? Axı bu şərəf işi idi? Nəsə belə şeylər danışırdılar. Nə deyim, heç nə. Açığı, indiki vəziyyətdə AFFA rəhbərliyinin istefa verməsi ilə heç nə düzəlməyəcək. Deyək ki, onlar getdi, məni gətirib qoydular. Nə olacaq ki?”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“Mənə elə gəlir ki, ölkə futbolunu düzəltmək uzun bir proses olacaq. AFFA hazırda Bakı çempionatı keçirir. Ölkə çempionatı keçirilsəydi, bu vəziyyətə düşməzdik. Azərbaycanda futbol şəhərlərinin hamısı futbolsuz qalıb. Lüksemburqun 40 min əhalisi, 14 komandası var. Ancaq 500 min əhalisi olan Gəncə futbolsuz qalıb. Milli komandanın da nəticəsi göz qabağındadır. Birinci bu biabırçılığa görə Nikola Yurçeviç getməlidi, ikinci onu bura gətirənlər. Kim gətiribsə, çıxıb cavab versin. Görək bu Yurçeviçi hardan eşələyib tapıblar, hansı zibilxanadan gətiriblər. Bu nə deməkdi? Bu nə futboldu? Futbolda adam udar da, uduzar da. Ancaq bu dərəcədə biabırçılıq olmaz. Biri var idi, 10 xal yığmışdı. Yazıq getdi burdan. Qurban Qurbanova heç 6 ay vaxt vermədilər. Futbol təsərrüfatımız o qədər pis gündədi ki, bunun üçün 40 arvad yığışıb ağlamalıdır. Təbii ki, bütün bunlara görə federasiya rəhbərliyi məsuliyyət daşıyır. AFFA rəhbərliyi çıxıb bir dəfəlik deməlidi ki, yeni proqram tərtib etmişik. Və bunu tətbiq edəcəyik. 2005-ci ildə möhtərəm prezident futbolun inkişafı ilə bağlı sərəncam imzalamışdı. O zaman müyyən irəliləyişlər oldu. Rayon komandaları yarandı. Ancaq sanki qəflətən bir badalaq gəldi. Hamısı dağıldı. “Xəzər Lənkəran” kimi komanda dağıldı. İndi də “Qəbələ” dağılmağın astanasındadır. Təbii ki, hamısında günahkar AFFA-dır” – deputat qeyd edib. (“Futbol+”)

Tarix: 24 Noyabr 2019, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin