BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərin nəzərinə: Avqustun 7-də...

Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

 

DİM-dən Pravda.az-a verilən məlumata görə, imtahan avqustun 7-də təşkil olunacaq.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək həyata keçirilir.

 

Namizədlər bu link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Tarix: 18 İyul 2022, 14:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin