BURADA REKLAMINIZ OLA
BİLƏR

SN: Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb

"Ölkədə epidemioloji vəziyyəti nəzarət altında saxlamaqla meymunçiçəyi virusu ilə mübarizə aparmaq mümkündür".

 

Pravda.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, xəstəlik hələ geniş yayılmayıb.

 

O qeyd edib ki, bu gün üçün Azərbaycanda bu virus qeydə alınmayıb: “Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb”.

Tarix: 20 İyul 2022, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin