BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hadisə əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb" -    İctimai Televiziya

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb. 

Pravda.az-ın xəbərinə görə, bu barədə Şirkətdən bildirilib.

Şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağrılıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir. 

Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.  

Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib.

 

Tarix: 12 Mart 2020, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin