BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanın Vətən müharibəsində media siyasəti daha hazırlıqlı idi”

Azərbaycan informasiya blokadasına alındığı Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində daha hazırlıqlı idi.

 

Pravda.az xəbər verir ki, bunu “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

 

O bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan mövqeyinin dünya ictimaiyyətinə obyektiv çatdırılmasına nail olub: “Prezident İlham Əliyevin müharibə dövründə 30-dan çox beynəlxalq media nümayəndəsinə müsahibələri beynəlxalq arenaya çıxış oldu. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, İkinci Qarabağ müharibəsində aparılan media siyasəti dünya ictimaiyyətinin rəyini tarazlamağa imkan verdi”.

 

Səadət Yusifovanın sözlərinə görə, azad olunmuş ərazilərə səfərlərin təşkili 30 il ərzindəki erməni mifini darmadağın etdi: “Bərpa-quruculuq işləri ilə də Azərbaycan nümunə oldu. Dünyanın heç bir ölkəsi bu qədər qısa müddətdə belə bərpa və quruculuq işləri həyata keçirməyib. Görülən işlərin, yeni, dirçələn, çiçəklənən Qarabağın dünyaya təqdimatı isə hazırda əsas məsələdir”.

Tarix: 21 İyul 2022, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin