BURADA REKLAMINIZ OLA
BİLƏR

“Erməni əsilli azərbaycanlıların Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiyadır”

“Xankəndi və ətrafında Rusiyanın bəslədiyi, qoruduğu qondarma rejimin açıqladığı bəzi rəqəmləri diqqətlə izləməyə çalışıram, yeri gəlmişkən, ölkədə hələ də Ermənistanı, Azərbaycanın erməni əsilli əhalisinin yaşadığı bölgələri öyrənən normal bir elmi-analitik mərkəz yoxdur. Açıqlanan rəqəmləri düzgün analiz etsək, bir çox məsələlər aydın olur. Qondarma rejim məlumat yayıb ki, 2022-ci ilin ilk 6 ayında Xankəndi, Ağdarə və Xocavənddə 406 oğlan və 386 qız olmaqla 792 uşaq anadan olub. Xankəndində 697, Ağdarədə 66, Xocavənddə 29 doğuş olub. 2021-ci ilin eyni dövründə həmin bölgədə doğulan uşaq sayı 593 idi (270 oğlan, 323 qız). Son bir ildə doğuş sayı ciddi artıb, deməli, "rusməramlı qüvvələr" Ermənistandan bölgəyə köçürmə əməliyyatını sürətləndiriblər. Amma bu günə qədər Azərbaycan vətəndaşlarının, məsələn, Xocalıya qayıtması üçün heç nə etmirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiya və orada yerləşən "rusməramlı qüvvələrdir". Mən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların yaşadıqları yerdə qalmasını, rahat yaşamasını istəyirəm, bunun zəmanətini isə Azərbaycan Dövləti verə bilər, sadəcə üç həlli vacib məsələ var: 1) Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, 2) Azərbaycan demokratik hüquqi rifah dövlətinə çevrilməli, 3) "Rusməramlı qüvvələr" bölgəni tərk etməlidirlər - onlar qaldıqca bölgəyə sülh gəlməyəcək, erməni əsilli azərbaycanlılar isə Azərbaycana inteqrasiya olmayaclar...”  -N.Cəfərli qeyd edib.

 

Kənan

Tarix: 21 İyul 2022, 22:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin