BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Normal hüquq sistemimiz yoxdur, özbaşınalıq və dərəbəylikdir”

“Dünyada iki əsas hüquq sistemi var: ingilis-amerikan və kontinental (roman-alman). Adətən deyirlər ki, birinci məhkəmə presedenti, digəri isə qanuna söykənir. Əslində isə birinci hakimlərin, ikinci isə alimlərin hüququdur. Yəni birində hüququ inkişaf etdirən hakimlər, digərində isə alimlərdir. Azərbaycanı kontinental sistemə aid edirlər. Lakin bu, səhvdir. Çünki alim hüququ üçün ölkədə gərək elm və azı 20-30 alim olsun. Bu da yoxdur. Amma birinci sistemə də aid deyilik. Çünki normal 20-30 hakimimiz, adekvat məhkəmələrimiz də yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Konstitusiya Məhkəməsinin ipotekaya dair son qərarı (əvvəlki mütləq əksəriyyəti təşkil edən qərarları ilə bərabər) da bir daha təsdiq etdi ki, nə alimimiz, nə də hakimimiz var. Deməli, normal hüquq sistemimiz də yoxdur. Elə sadəcə özbaşınalıq və dərəbəylikdir...” – Ə.Həsənov qeyd edib.

 

Kənan

Tarix: 21 İyul 2022, 22:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin