BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda qardaşları bıçaqlayan şəxs məhkəmə qarşısında

Sumqayıtda qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun cinayət işi üzrə üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə görə, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il yanvarın 4-də qeydə Sumqayıtda qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Tural Əliyevə və onun qardaşı 1985-ci il təvəllüdlü Xəyal Əliyevə bıçaqla xəsarət yetirib.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 22 İyul 2022, 07:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin