BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayram günü satıcıya bıçaqla hücum edən şəxsdən xəbər var

Sumqayıtda qardaşları bıçaqlamaqda satıcıya quldurluq etməkdə təqsirləndirilən Eldar Axundovun cinayət işi üzrə üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə görə, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rəşad Əliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu ilin mart ayında Sumqayıt şəhərində bıçaqla silahlanmış şəxsin köşkdə satıcıya hücum etməsinin görüntüləri yayılıb. Videoda quldurluq edən şəxsin kəsici alətlə satıcını hədələyərək onun telefonunu və kassada olan pulu götürərək qaçdığı əks olunub.

 

Polis tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin martın 20-də axşam saatlarında 1-ci mikrorayon ərazisində baş verdiyi məlum olub. Satıcı işləyən Abasov Şahin Ərzuman oğluna qarşı quldurluq edən şəxsin şəhərin Kimyaçılar qəsəbə sakini, 2003-cü il təvəllüdlü Axundov Eldar Elçin oğlu olması müəyyən edilib.

 

Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində Cinayət Məcəlləsinin 181-ci (qudurluq) maddəsi ilə iş açılıb.

 

Kamal Məmmədov

Tarix: 22 İyul 2022, 07:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin