BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeron RİH-in bu idarəsi cərimələndi

Abşeron Rayon İcra Hakimiyyəti (RİH) Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi Abadlıq və Kommunal Xidmətləri İdarəsinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, İdarə barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Sevinc Quliyevanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası iyulun 29-na təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 22 İyul 2022, 03:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin