BURADA REKLAMINIZ OLA
BİLƏR

Yol polisi vətəndaşa qanunsuz olaraq cərimə yazıb? - FOTO

Bu gün paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində səhər saatlarında Yol Patrul Xidmətinin əməkdaşlarının qanunsuz reyd keçirildiyi iddia olunur.

 

Bu barədə Pravda.az-a daxil olan şikayətdə vətəndaş Bəxtiyar İsgəndərov bildirib ki, 686 qeydiyyat nişanlı YPX avtomobili tərəfindən qanunsuz saxlanılıb:

 

“Polis əməkdaşları reyd keçirdiklərini dedilər. Sənədlərimi təqdim etdim. İçkili olduğumu iddia edərək qanunsuz şəkildə protokol yazdılar. İçkili deyildim. Onlara etirazımı bildirdim, şikayət edəcəyimi dedim. Bunu eşidəndə sənədlərimi geri qaytarmaq istədilər. Lakin etiraz etdim. Yol Polisinin Ekologiya Postuna yönləndirdilər. Posta şikayət etsəm də, cavabında mənə “yaxşı eləmişik” dedilər”.

 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev saytımıza açıqlamasında bildirib ki, vətəndaş məsələ ilə bağlı şikayət ərizəsi yaza bilər: “Sürücü Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət edə bilər. Hələ ki, söylənilənlər iddia sayılır. Şikayət ərizəsindən sonra məsələ araşdırılacaq. Əgər belə hal yaşanıbsa, tədbir görüləcək”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 22 İyul 2022, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin