BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mediada yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb”

Bu ilin altı ayında prokurorluq orqanları tərəfindən media və sosial şəbəkələrdə yayılmış məlumatlar əsasında 6 cinayət işi başlanıb.

 

Pravda.az xəbər verir ki, bunu ölkənin Baş prokuroru Kamran Əliyev I yarımilliyin yekunlarına dair kollegiya iclasında deyib. O bildirib ki, cinayətkarlığa qarşı mübarizədə medianın önəmli rolu var:

 

"Həmin məlumatlardan biri üzrə aidiyyəti struktur qurum tərəfindən məhkəməyə mülki iddia verilib, 2 məlumat üzrə neqativ hallardan çəkindirmək məqsədilə vətəndaşlara xəbərdarlıq edilib, 3 məlumat üzrə qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimatlar göndərilib".

Tarix: 22 İyul 2022, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin