BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeron RİH-dən Abdin Fərzəliyevin satdığı iddia olunan məcburi köçkünlərin binası ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlər binadan çıxarılırlar. Məcburi köçkünlər buna etiraz edərək bildiriblər ki, həmin bina Abşeron rayon icra başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb. Bina sakinləri icra başçısının qəbuluna düşə bilmədiklərini də deyiblər.

 

Abşeron Rayon İcra Hakimiyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xırdalan şəhərində, köhnə Statistika İdarəsinin ərazisində yerləşən yataqxanada məskunlaşmış məcburi köçkünlər Qubadlı və Zəngilan şəhərindəndirlər:

 

“Onlar 2018-ci ilin dekabr ayında Sumqayıt şəhəri 12-ci mikrorayonda və Abşeron rayonu ərazisində istifadəyə verilmiş yaşayış komplekslərində yeni mənzillərlə təmin ediliblər. 2018-ci ilə kimi adıçəkilən ərazidə 28 ailə yaşayıb. Yeni mənzillərə köçürülmə zamanı 9 məcburi köçkün ailəsi müvəqqəti yaşayış sahəsində qalmaq istədiklərini bildirərək köçməkdən imtina ediblər. Sonra həmin şəxslərə ailə tərkibinə uyğun olaraq “Qobu park 3” yaşayış kompleksində mənzillər verilib. Ailələrdən 3-ü köçüb, digər ailələr isə yenidən yeni mənzillərə köçməkdən imtina ediblər.

 

Diqqətinizə çatdırırıq ki, hazırda Xırdalan şəhərində “köhnə Statistika” deyilən ərazidə məskunlaşmış 6 məcburi köçkün ailəsinə də Dövlət Məcburi Köçkünlər Komitəsi tərəfindən mənzillər verilib və ailələrin özlərinə də mənzillərin nömrələri məlumdur. Abşeron rayonu Xırdalan şəhərində “köhnə Statistika” adlandırılan ərazi rəsmi qaydada 2018-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb. Məcburi köçkün ailələri adıçəkilən şirkəti məhkəməyə verib. Məhkəmədə də Xidmətin sənədinə uyğun olaraq, şirkətin xeyrinə qərar çıxarılıb. Sonra məcburi köçkün ailələri tərəfindən Apellyasiya şikayəti verilsə də, orada da əvvəlki qərar qüvvədə saxlanılıb”.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2022, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin