Bu gün 1875-ci ildə əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız 147 yaşını qeyd edir. Mətbuat sahəsində son illər aparılan islahatlar, həyata keçirilən layihələr bu sahədə müsbətə doğru dəyişikliklərə, azad söz mühitinin genişlənməsinə qapı açır.

Milli Məclisin deputatı Tahir Rzayev Pravda.az-a açıqlamasında medianın xalq üçün doğma olduğunu qeyd edib:
“Media xalqın arzu və istəklərini, dünyada baş verən hadisələri, ölkəmizdəki ictimai-siyasi dəyişiklikləri əks etdirir. Mətbuat bu gün insanların həm qürur, həm də ümid yeridir. Əsl media xalqın ürəyinin səsidir, dövrün, zamanın aynasıdır. Bu gün medianın inkişafı dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biridir. Hazırda Medianın İnkişafı Agentliyinin fəaliyyəti qənaətbəxşdir. Keçirilən tədbirlər, "Media haqqında" qanunun qəbul edilməsində jurnalistlərin fəal iştirakı, dəyərli təkliflərin verilməsi, sonrakı dövrdə Agentliyin keçirdiyi layihələr deməyə əsas verir ki, MEDİA jurnalistlərin mənafelərinin qorunması, ölkədə azad sözün, mətbuatın inkişafı üçün lazımi təşəbbüslər göstərir. Sözsüz ki, bu təşəbbüslər gələcəkdə daha da artırılmalıdır. Bu, ancaq MEDİA-nın səyi nəticəsində olmamalıdır. Hər birimiz mediaya dəstək verməli, mətbuatımızın inkişafı üçün əlimizdən gələni etməliyik. Mediaya, jurnalistlərə diqqət və qayğı göstərilir, Azərbaycan jurnalistləri ildən-ilə ölkənin ən ləyaqətli insanına çevrilirlər. Bir həmkar, bu sahədə müəyyən qədər fəaliyyət göstərmiş insan kimi bütün jurnalistlərin bayramını təbrik edirəm. Jurnalist peşəsi çətin peşədir. Bu peşə həm də reallığı əks etdirəndə, insanların problemlərini qabardanda, onu real faktlarla çatdıranda daha əziz olur. Obyektivlik jurnalistlərin hörmətini artırır. Dövlətin mediaya verdiyi imkanları, şəraiti inkişaf etdirməliyik. Medianın inkişafı müvafiq orqanlardan, Mətbuat Şurasından və digər qurumlardan asılı deyil. Media xalqın səsidirsə, hər bir vətəndaş mətbuatın inkişafında, jurnalistlərə göstərilən qayğı və diqqətdə yaxından iştirak etməlidir. Qarşılıqlı əməkdaşlıq, birgə iş olanda bizim səsimiz də eşidilər”.

Milli Məclisin deputatı Cavanşir Paşazadə də medianın bugünkü işini müsbət dəyərləndirib: “Milli Mətbuat Günü münasibətilə media sahəsində çalışan bütün jurnalistləri təbrik edirəm, onlara can sağlığı, uzun ömür arzu edirəm. Media köməyimiz, dəstəyimizdir. Gördüyümüz bütün işlər mediaya bağlıdır. Çünki media olmasa, səsimizi heç kim eşitməyəcək. Xalqa demək istədiklərimizi medianın köməyi ilə çatdırırıq. Cənab Prezident hər zaman çıxışlarında mediaya dəstəyini ifadə edib. Sevindirici haldır ki, artıq media adına hörmətsizlik gətirənlər, jurnalistlərin fəaliyyətlərinə kölgə salanlar artıq ortada yoxdur. Saytların əksəriyyəti məsələlərə artıq doğru-düzgün yanaşırlar. Bu istiqamətdə, sözsüz ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətinin, həyata keçirdiyi layihələrin rolunu xüsusi qeyd etmək lazımdır”.
Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, bu gün əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın 147 yaşını qeyd ediriksə, deməli, Azərbaycanda hər zaman peşəkar jurnalistika, media mövcud olub:

“Bu illər ərzində mətbuatımız çox enişli-yoxuşlu yollardan keçib. Bizim peşəkar, ziyalı, xalqa, dövlətçiliyə xidmət edən qələm sahiblərimiz olub. Müasir medianın, jurnalistikanın inkişafının professional səviyyəyə gəlib çıxmasında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri var. Ulu öndərin 1998-ci ildə mətbuatda senzuranın ləğv edilməsi ilə bağlı imzaladığı fərman Azərbaycan mətbuatına yeni demokratik ruh gətirdi. Yeni mətbu orqanlar yarandı, peşəkar jurnalistikaya sağlam gənclər gəldi. Ulu öndər Heydər Əliyev azad, demokratik mətbuatın inkişafı üçün qapılar açdı. Təəssüflə bildirirəm ki, bu şəraitdən istifadə edən, adlarını jurnalist qoyan bəzi işbazlar, “reket” jurnalistika ilə məşğul olmağa başlayanlar da oldu. Bu da gözəl bir ənənəsi olan jurnalistikamıza ləkə gətirdi. Cənab Prezident İlham Əliyev mətbuata, jurnalistlərə hər zaman xüsusi qayğı ilə yanaşır. Bu gün bir çox mətbu orqanlara dövlət tərəfindən maddi yardım ayrılır. Jurnalistlərin dövlətə yaranmış borcları silindi, yüzlərlə jurnalist dövlət tərəfindən mənzillə təmin edildi. Mətbuatın daha da inkişafı məqsədilə cənab Prezident 12 yanvar 2021-ci ildə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman da imzaladı. Bu fərman əsasında Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsinə yeni ab-hava gətirmiş oldu. MEDİA-nın yaradılması barədə imzalanmış bu sənəd media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Agentliyin yaradılması ciddi jurnalistika ilə məşğul olan media qurumlarına yeni yol açmış oldu. İmzalanan fərman və sərəncamlar aid edilən sahənin yol xəritəsinə çevrildi. MEDİA rəhbərliyinin və bu qurumda çalışan əməkdaşların dövlətə, xalqa olan sədaqəti də xüsusi qeyd edilməlidir. Agentliyin yarandığı vaxtdan az müddət keçsə də, bir çox uğurlu işlərə imza atılıb, layihələr həyata keçirilib. KİV sahəsində şəffaflığın təmin edilməsi, ən əsası jurnalistikanın, media mühitinin sağlamlaşdırılması, reket jurnalistikaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsində təqdirəlayiq işlər görülür, görülməkdədir. İnanıram ki, MEDİA bundan sonra daha da səmərəli fəaliyyət göstərəcək, medianın inkişafında, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında şərəfli vəzifənin öhdəsindən layiqincə gələcək”.

Milli Məclisin deputatı Razi Nurullayev isə deyib ki, Medianın İnkişafı Agentliyinin jurnalistikanın, medianın inkişafı ilə bağlı atdığı addımları dəstəkləyir:
“MEDİA "Media haqqında" qanunun qəbul olunmasında da xeyli xidmətlər göstərdi. Həmin vaxt parlamentdə çıxışımda onların bu fəaliyyətlərini dəyərləndirmişdim. Xeyli işlər görməyə çalışırlar. Təbii ki, hər bir məsələni tez zamanda həll etmək olmur. Bununla bərabər, MEDİA-nın hazırda qarşısında duran çox ciddi məsələlər də var. Bu məsələlərin həlli ilə bağlı kifayət qədər addımlar atıblar. Elə məsələlər var ki, onlarla bağlı konkret addımlar atılmalı, müəyyən nizam-intizam yaradılmalıdır. Mən Azərbaycanda jurnalistikaya və jurnalistlərə ən böyük hörməti bəsləyir, onların fəaliyyətlərini dəyərləndirir, jurnalistləri cəmiyyətin güzgüsü hesab edirəm. Bununla bərabər deməliyəm ki, bəzi media orqanları, bir qrup jurnalist bəzən sensasiya arxasınca qaçırlar. Daha çox baxış qazanmağa üstünlük verir, problemi həll etmək əvəzinə, pis vəziyyətə salır, məsələni şişirdilmiş şəkildə verməklə bir insanın həyatında böyük çətinliklər yaratmış olurlar. Məsələn, intiharlarla bağlı bəzən elə məlumatlar yayılır ki, bu cür məlumatlar intiharların daha da çoxalmasına səbəb olur. Sensasiya xatirinə şikayəti yoxlamadan elə şikayətçinin dilindən qarşı tərəfin mövqeyini öyrənmədən tirajlayırlar. O insan da sosial şəbəkələr vasitəsilə linç olunur. Bu gün bu sarıdan media ən çətin zamanını yaşayır. Media ilə bağlı daha ciddi işlərin görülməsinə, jurnalistlər üçün maliyyə mənbələrinin, resursların, daha yaxşı reklam bazarının yaradılmasına ehtiyac var. Ümid edirəm, Medianın İnkişafı Agentliyi üzərinə düşən səlahiyyətləri və nizamnaməsi çərçivəsində ona aid olan məsələlərlə bağlı ciddi addımlar atacaq”.
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Media haqqında" qəbul olunan qanun Azərbaycanda bu sahənin inkişafına böyük yeniliklər gətirməli, töhfələr verməlidir:

“Ölkəni, cəmiyyəti inkişaf etdirən onun aydınlarıdır. Aydınlar içərisində ən aparıcı təbəqə jurnalistlərdir, jurnalistikadır. Jurnalist peşəsi çox şərəfli peşədir. Bu peşənin məsuliyyətini daşıyan insanlar həmişə dövlətin qayğısı ilə əhatələnməlidirlər. "Media haqqında" qəbul olunan qanun, təbii ki, bütün bu məsələləri özündə ehtiva edir. Sürətlə dəyişən dünyada informasiyanı almaq, ötürmək ən vacib məsələlərdən biridir. Sosial şəbəkələrin inkişafına əsaslanaraq, insanların özlərinin də informasiya daşıyıcısı, ötürücüsü olduğunu nəzərə alsaq, medianın üzərinə çox böyük vəzifə düşür. Bu sürətli dəyişimlərdə media yolunu tutmalı, cəmiyyəti ardınca aparmalıdır. 22 İyul Milli Mətbuat Günü münasibətilə qələm əhlini, jurnalistlərimizi ürəkdən təbrik edirəm. Düşünürəm, yeni qəbul olunmuş qanun Azərbaycan jurnalistikasının hərtərəfli inkişafına böyük töhfələr verəcək”.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə qeyd edib ki, Medianın İnkişafı Agentliyinin gördüyü işlər bəyənilməlidir:

“MEDİA yarandığı gündən bu sahədə mövcud problemlərin həllinə çalışır, jurnalistlərin nüfuzunun artması üçün müxtəlif layihələr həyata keçirir, jurnalist adına ləkə gətirən şərtlərin qarşısını alır. "Media haqqında" qanun layihəsini xüsusi vurğulamaq lazımdır. Təkcə çap mediası deyil, həmçinin internet saytlarının dəstəklənməsi ilə bağlı bir çox layihələr reallaşdırır. Sevindirici haldır ki, bu gün aktiv medianın inkişafına şərait yaranır. MEDİA-nın fəaliyyətini dəstəkləyirik. Ümid edirik ki, fəaliyyətini bu cür də davam etdirəcək. Hesab edirəm, gələcəkdə saytların maliyyələşdirilməsinin miqyasını artıracaqlar. Düşünürəm, daha çox saytı maliyyələşdirmək olar. Ən əsası da regionda fəaliyyət göstərən qəzet və saytların maliyyələşdirilməsinə və dəstəklənməsinə çox böyük ehtiyac var. Azərbaycan mediası yalnız Bakı çərçivəsində olmamamlıdır. Ümumilikdə, MEDİA qısa müddətdə qarşısına qoyduğu məqsədi yerinə yetirə bilib. Qarşıda görüləsi çox iş və vəzifə var. İnanıram ki, onu da layiqincə yetirəcəklər. Bütün jurnalistlərin, bu adı həmişə qoruyan şəxslərin hər birini Milli Mətbuat Günü münasibətilə təbrik edirəm”.
Aytəkin Qardaşova
24 Oktyabr 14:00
24 Oktyabr 13:53
24 Oktyabr 13:42
24 Oktyabr 13:25
24 Oktyabr 13:23
24 Oktyabr 13:14
24 Oktyabr 13:04
24 Oktyabr 12:58
24 Oktyabr 12:45
24 Oktyabr 12:29
24 Oktyabr 12:11
24 Oktyabr 12:02
24 Oktyabr 11:41
24 Oktyabr 11:30
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
Ən son xəbərləri səhifəmizdən də izləyin