BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ora Alim Qasımov getsə belə “at oynada” bilməz””

“Cavanşir Məmmədov dostumdur, qardaşımdır. Gözəl ifa edən musiqiçidir. Onun bu sahədə böyük təcrübəsi var. Ümumiyyətlə, Azərbaycanı “Avroviziya” səhnəsində istəmirlər. Bu yarışmaya Azərbaycandan kimin getməsindən asılı olmayaraq, ölkəmizi, millətimizi sevmirlər. Heç kim bizə səs vermir. Ora Alim Qasımov getsə belə “at oynada” bilməz.”

 

Bunu Pravda.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

 

Xatırlatma: Bir müddət əvvəl əməkdar artist Cavanşir Məmmədov “Avroviziya”ya getmək istədiyini bildirmişdi.

 

“Mən bayrağımızı, dövlətimin səsini ucaltmaq üçün hər şey edərəm. Özümdə o potensialı görürəm. “Avroviziya”ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Deyəcəklər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli... Gedib dünyanın ən məşhur mahnısını oxuyaram və qəbul etdirərəm”, - C.Məmmədov deyib.

 

Leyla Yusubova

Tarix: 22 İyul 2022, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin