BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Tarix: 12 Mart 2020, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin