BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabinetindən orta məktəblərdə tədris ilinin müddəti ilə bağlı QƏRAR

Ümumtəhsil məktəbində tədris ilinin müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin  Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

 

İndiyə qədər yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.

 

Bu qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Tarix: 12 Mart 2020, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin