BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edilir

Prezident İlham Əliyevin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir.

 

Pravda.az-ın xəbərinə görə, müsabiqədə publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə: şöbə müdiri – 1, baş mütəxəssis – 2, aparıcı mütəxəssis – 1, xüsusi hüququn ekspertizası şöbəsi - 4 vakant vəzifə: şöbə müdiri – 1, baş mütəxəssis – 1. aparıcı mütəxəssis – 2, qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə: şöbə müdiri – 1, baş mütəxəssis – 1, aparıcı mütəxəssis – 1 vəzifələri üzrə vakansiya nəzərdə tutulub.

 

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:

•     Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;

•     Hüquq sahəsində azı 3 il iş təcrübəsi;

•     Ən azı bir xarici dil biliyi.

Əlavə üstünlüklər:

•     Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;

•     Magistr və ona bərabər ali hüquq təhsili.

 

Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.

 

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected]  emailinə göndərə bilərlər.

 

Müsabiqəyə son müaricət tarixi avqustun 10-dur.

 

Tarix: 25 İyul 2022, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin