Reklam

Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Qax rayon Xəstəxanasında baş verib.

 

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

 

Qızın vəziyyəti cərrahiyyə masasında qəflətən halı pisləşib və o, vəfat edib.

 

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.Oxu.az

Tarix: 13 Mart 2020, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin