BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazov Adil Əliyevi təltif etdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Milli Məclisin sədr müavini Adil Əliyevi təltif edib.

 

Pravda.az xəbər verir ki, bu barədə A.Əliyev məlumat yayıb.

 

"Azərbaycan Respublikasının daxili işlər naziri, general - polkovnik Vilayət Eyvazovun müvafiq əmriylə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildim. Ölkəmizdə polis orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hər zaman bu quruma yüksək diqqət və qayğı göstərilmişdir. Fəxr edirəm ki, mən və yaxınlarım istər Ulu Öndərin, istərsə də Müzəffər Ali Baş Komandanın dövründə daxili işlər orqanlarında şərəfli xidmət yolu keçmişik. Cənab nazirə bir daha minnətdarlığımı bildirir, rəhbərlik etdiyi kollektivə uğurlar arzu edirəm" - A.Əliyev qey edib.

Fotoları təqdim edirik
Tarix: 28 İyul 2022, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin