BURADA REKLAMINIZ OLA
BİLƏR

RİH-dən Xətaidəki binada mənzillərin qapılarının sındırılması ilə bağlı açıqlama: Anlaşılmazlıq olub

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Xətai rayonunda yerləşən çoxmərtəbəli binadakı mənzillərin qapılarının sındırılmasına münasibət bildirib.

 

P.İmanov Pravda.az-a açıqlamasında deyib ki, əvvəla, dövlət maraqlarına uyğun olaraq binanın söküntüsü ilə bağlı sərəncam verilib: “Bu, artıq qanunsuzluqdan çıxır. Bina sakinlərinə də bununla bağlı qiymət təklif olunub. Hazırda həmin binada, təxminən, 6-7 ailə qalıb. Onlar da müqaviləni bağlayırlar. Bu gün, ya sabah, razılaşıb çıxıb gedəcəklər. Bu, tədbir dövlət marağındadır, “Zəfər” muzeyinin tikintisi ilə bağlı olan bir şeydir. Bina söküləcək. Şəhər infrastrukturuna, müasir layihələndirilməyə uyğun olaraq belə bir qərar verilib. Görüntüləri biz də gördük. Kiminsə yaşadığı evə müdaxilə olunması barədə deyilənlərə gəldikdə, ola bilsin, bir az anlaşılmazlıq olub. Bu gün bu tədbir dövlət marağı və bütün qanunlar çərçivəsində həyata keçirilir. Binada yaşayan ailələrin böyük əksəriyyəti artıq köçüb, razılaşıb, pulunu da alıb, müqaviləsini də bağlayıb, evini tərk edib, çıxıb gedib”.

 

P.İmanov verilən məbləğlə razı olmayan bina sakinlərinin narazılıqlarına isə belə münasibət bildirib: “Bununla bağlı müvafiq qurumlar hesablamalar aparıblar, ona uyğun da 2200 AZN qiymət deyilib. Sakinlərdən kiminsə narazılığı varsa, hüquqi dövlətdə yaşayırıq, əlbəttə, məhkəmə yolu ilə həll edə bilər. Məsələnin araşdırılması hüquqi müstəvidə olmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 29 İyul 2022, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin