BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüsniyə AzTV-dən getdi

Aparıcı Hüsniyə Məhərrəmova AzTV-dən gedib.

 

O, iki aydan çoxdur telekanalla yollarını ayırıb. Onun aparıcısı olduğu "1AzTV" proqramına isə Aydan Axundzadə aparıcılıq edir.

 

Məhərrəmova artıq yeni bir layihədə işə başladığını bildirib:

 

"İki beynəlxalq layihədə yer almışam. Onlardan biri xarici şirkətlə işbirliyimdir.

 

Aparıcılıq hobbimdir, bundan da uzaqlaşmıram. Ona görə də bir xarici şirkətin videolayihəsində aparıcı olacam. Burada kastinqə qatıldım və seçildim. Mənimlə yanaşı başqa bir ölkədən aparıcı oğlan da olacaq".

Tarix: 13 Mart 2020, 21:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin