BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir”

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri və orada keçirilən görüşlər, verilən xoşniyyətli mesajlar, bəyanatlar bundan sonra da hər iki dövlətin və xalqın münasibətlərinin inkişafına, əməkdaşlığına xidmət edəcək, bəhrələrini verəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər getdikcə dərinləşir: “Təkcə cari ilin doqquz ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Demək olar ki, bütün istiqamətlər üzrə – parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlanılır, davam və inkişaf etdirilir. Həmçinin, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Təkcə keçən il 900 min rusiyalı Azərbaycana səfər edib və  bu il  həmin göstəricinin bir qədər  də artacağı  gözlənilir. Həmçinin, bir sıra post-sovet ölkələrində, o cümlədən, digər iki Cənubi Qafqaz ölkəsində rus dili və mədəniyyətinə böyük basqılar olduğu halda  Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəslənilir, qayğı, diqqət göstərilir. Paytaxt Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və sair. Bunlar hamısı nəticə etibarı ilə iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir və münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Münasibətlərin belə bir yüksək səviyyəyə çatmasında ən böyük xidmətləri olanlardan biri də hörmətli və dəyərli Mehriban xanım Əliyevadır. O, hər zaman öz fəaliyyətində ölkələr, dövlətlər, xalqlar, sivilizasiyalar arası münasibətlərə və onun inkişafına böyük diqqət yetirir, dəyər verir. Bu sözləri eyni ilə Rusiyaya olan münasibətə də tam şamil etmək olar. Mehriban xanım qonşu dövlətlə də münasibətlərin yüksəl səviyyədə inkişafında maraqlıdır və bu prosesə də hər zaman öz fəaliyyəti ilə əməli xidmətlərini göstərir, töhfələrini verməkdə davam edir. Odur ki, məhz bu xidmətlərinə görə də onun əməyi yüksək qiymətləndirilir, dəyərləndirilir. Rusiyanın ali ordeninə layiq görülməsi və Rusiya prezidenti tərəfindən ordenin yüksək səviyyədə təqdimatı da deyilənlərin əyani təsdiqidir. Ona görə inanır və tam əniməm ki, Mehriban xanım bundan sonra da dünyanın ən inkişaf etmiş, ən nəhəng, ən qabaqcıl ölkələrinin ən ali mükafatlarına layiq görüləcək, dəyərləndiriləcək. Çünki bunları tam haqq edir”.

Tarix: 24 Noyabr 2019, 23:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin