BURADA REKLAMINIZ OLA
BİLƏR

İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edildi

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən, qeyd olunan imtahanın keçirilməsi təxirə salınıb.

Tarix: 13 Mart 2020, 22:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin