BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizkənarı Bulvar İdarəsi: Elə yer var, çayın qiyməti 3 manatdır

Bulvar ərazisində fəaliyyət göstərən kafe və restoranlarda çayın qiymətinin nəzərəçarpacaq dərəcədə yüksək olması narazılıqlara səbəb olub. Çay dəstgahı 25 manatdan başlayır, 30-40 manat arasında dəyişir. Əksər kafelərdə isə sadə çay verilmir. Xatırladaq ki, əvvəllər bu məsələyə Dənizkənarı Bulvar İdarəsi tərəfindən nəzarət olunurdu, qiymətlərin bu cür qalxmasına imkan verilmirdi.

 

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva Pravda.az-a açıqlamasında bildirib ki, Bulvarda fəaliyyət göstərən kafelər sahibkarlar tərəfindən işlədildiyinə görə İdarə onların işinə müdaxilə edə bilmir:

“Tövsiyə xarakterli məlumat veririk ki, insanların maddi vəziyyətinə görə qiymətlər çox yüksək olmasın. Bildiririk ki, müştərilərə menyu təklif olunsun, menyuda qiymətlərə baxılsın və s. Bulvarda hər bir insanın maddi vəziyyətinə uyğun kafelər var. Bəzilərində çay dəstgahı deyil, çox münasib qiymətə təkcə çay təklif olunur. Özüm də orda olmuşam. Elə yer var, orda çayın qiyməti 3 manatdır”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Avqust 2022, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin