BURADA REKLAMINIZ OLA
BİLƏR

ETSN-dən “Kristal Abşeron”un inşa etdiyi binaların qarşısında qurumuş ağaclarla bağlı AÇIQLAMA

Paytaxtın Nizami rayonu Özbəkistan küçəsində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin qarşısındakı ağaclar quruyub.

 

Pravda.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Bildirilib ki, yaşayış kompleksinin qarşısındakı ağacların qurumasının səbəbi məlum deyil.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən saytımıza bildirilib ki, məsələ araşdırılır: “Nazirliyin əməkdaşları sözügedən ağacların quruma səbəblərini aydınlaşdırmaq üçün ağacların dib torpağından analizlər götürüblər. Analizin cavabı məlum olan kimi bu barədə məlumat veriləcək”.

 

Tomris

Tarix: 1 Avqust 2022, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin