Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Məmmədovun məhkəməyə verdiyi ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilib.
Bəxtiyar Məmmədov dindirilən zaman deyib ki, 2009-cu il tarixdə mərhum arvadı Ülkər Məmmədova ilə ailə həyatı qurub:
“Birgə nikahlarından 8 və 11 yaşlarında 2 qız övladımız var. Əvvəllər aqlay-mərmər ticarəti ilə məşğul olmuşam. Həmin materialların kiçik sexini yaradıb və orada istehsal edib sifarişçilərə çatdırmışam. Lakin bir müddət sonra işlərim yaxşı getmədi. 2015-ci ildə devalvasiya baş verdikdən sonra işlərim tam dayandı. 2020-ci ildən etibarən isə ümumiyyətlə heç bir iş görmədim, pul qazanmadım. Elə bu səbəbdən də arvadım Ülkər mənimlə mübahisələr etməyə başladı, pul qazanmadığımı irad tutdu, evi tərk edib getməyimi tələb etdi. Biz əvvəl kirayədə yaşayırdıq. Lakin sonradan qaym Heydər Hacıyevə iş yerindən güzəştli şərtlə ipoteka verildi və həmin şərtlə biz özümüz üçün hadisə baş verən mənzili aldıq. Həmin vaxt təxminən 18 000 ABŞ dolları pul verdim. Heydərgil isə bizə yardım üçün 2 və ya 3 min manat pul təqdim etdi. Daha sonra isə evin təmirinə 20 000 manata yaxın pul xərclədim. Son illərdə Ülkərlə aramda ailədaxili münaqişələr davamlı hal almışdır. Ülkər davamlı olaraq mənə pul qazanmadığımı irad tutur və evdən qovmaq istəyirdi.
Hadisə günü günortadan sonra yenidən Ülkərlə aramızda mübahisə düşdü. O, mənə bildirdi ki, birmənalı olaraq çıxıb evdən gedim. Mən isə Ülkərə sakit olmağını və əsəbləşməməyini tövsiyyə etdim. Bundan sonra Ülkər axşam saat təxminən 21 radələrində mənzildən binanın həyətinə çıxdı və mənə söylədi ki, evdən getməsəm ora qayıtmayacaqdır. Qısa müddət sonra gördüm ki, qayınanam Fəridə və qaynım Heydər evə gəldi. Uşaqlarımız da evdə idi. Fəridə, Heydər, Ülkər və mən oturub mübahisəni müzakirə etdik. Qayınanam da mənə dedi ki, çıxıb evdən gedim. Bundan sonra Heydərlə birlikdə evin girişinə çıxıb siqaret çəkə-çəkə söhbət etdik. Heydərdən mənə kömək etməyini və bacısı Ülkəri başa salmağı xahiş etdim. Heydər isə bildirdi ki, Ülkər artıq mənim yaşamaq istəmir, narazıdır. Saat təxminən 23 radələri olardı. Bundan sonra mən Heydərə qeyd etdim ki, məndə də Ülkərin əxlaqı ilə bağlı bəzi şübhələri var. Bunu dedikdə Heydər yaxamdan yapışaraq əsəbi halda ağzıma gələni danışmamağı tapşırdı. Mən də mübahisə yaranmaması üçün susdum və Heydərə dedim ki, əsəbiləşməsin, evə keçək. Evə keçdikdən sonra bir az beynimin dincəlməsi üçün evdən çıxdım və təxminən 1-2 saat çöldə havada gəzişişdim.
Daha sonra yenidən evə qayıtdım. Bildirdim ki, evdən getməyi qərarlaşdırmışam, mənə sadəcə sabah səhər saat 7-yə qədər vaxt versinlər. Bunu deyəndə mətbəxdə olan qayınanam Fəridə qışqırıb təcili evdən getməyimi tələb etdi. Mən isə dəhlizdə dayanmışdım, Fəridəyə söylədim ki, qışqırmasın, tərbiyəsizlik, həyasızlıq etməsin, qonşulardan ayıbdır. Bu sözləri deyəndə qaynım sinəmə bir dəfə yumruq vurdu və yanımdan keçərək dəhlizlə mənzilin çıxış qapısına tərəf getdi. Mən əsəbiləşərək mətbəxdən bıçağı götürüb Heydərin üstünə gedib bir dəfə ona zərbə vurdum. Bunu görən qayınanam mətbəxdən qışqıraraq üstümə gəldi. Bu zaman onu da həmin bıçaqla vurdum. Artıq gözümü sanki qan örtmüşdü. Bundan sonra arvadım Ülkər də qışqıraraq mətbəxdən üzü mənə tərəfə gəldi. Mən artıq nə etdiyimi başa düşmürdüm və arvadıma da sol qoltuqaltı nahiyəsindən bıçaqla zərbə vurdum. Bundan sonra Heydər mənzildən çölə çıxaraq məni çağırdı. Mən də onun arxasınca binanın qarşısına çıxdım. Lakin Heydərin üstünə getmədim, sağa tərəf binaların arası ilə qeyri-müəyyən istiqamətə qaçıb getdim. Cinayəti törədərkən istifadə etdiyim bıçağı binanın qarşısında yerləşən zibil qabına tulladım. Sonra taksi ilə Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisinə gəldim. Oradan da piyada olaraq Biləcəri qəsəbəsinə getdim. Biləcəridə yaşayan bacımın evinə tərəf yollandım, lakin gec olduğu üçün onların qapısını döymədim.
Gecəni evin yaxınlığında küçədə keçirdim. Növbəti gün səhər saat Masazır qəsəbəsinə getdim və gecəni yenə də küçədə keçirdim. Səhərisi gün saat 21 radələrində Bakı şəhərinə qayıtdım və Bakı Şəhər Baş Polis İdarəsinə gələrək törətdiyim cinayət barədə məlumat verdim”.
O bildirib ki, hadisə vaxtı evdə adını çəkdiyi şəxslərdən başqa qızları da olub, həmin vaxt onların oyaq imiş:
“Hadisəni törədərkən heç kimi öldürmək istəmirdim, sadəcə məni evdən qovmaq istədikləri üçün onlardan qisas almaq məqsədilə belə bir addım atdım. Spirtli içkilərdən bəzən istifadə edirdim. Narkotik vasitələrdən isə əvvəllər istifadə etmişəm. Lakin son illər istifadə etmirdim”.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
Bəxtiyar Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.3-cü (Qəsdən adam öldürmə), 120.2.4, 29,120.2.3-cü (Qəsdən adam öldürməyə cəhd), 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
Ən son xəbərləri səhifəmizdən də izləyin