BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir deputatdan Adil Əliyevə dəstək: “Onların məhkəmə qarşısında cavab verməsinin tərəfdarıyam”

“Adil Əliyevlə tam razıyam. Onlar bütün məqbul sərhədləri keçib və artıq güzəşt yeri də qalmayıb. Hərəkətləri heç bir çərçivəyə - nə müxalifətçiliyə, nə tənqidə, nə də insanlığa sığır. Mən də bütün hüquqi vasitələrdən istifadə edərək onların məhkəmə qarşısında cavab verməsinin tərəfdarıyam”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

 

R.Nurullayev bildirib ki, bu barədə işlər mütləq aparılacaq: “Dünyanın ən güclü 10-15 hüquqşünasını, vəkilini bu prosesə cəlb etmək lazımdır. Onların hərəkətləri yaşadıqları ölkənin qanunvericiliyi ilə də cinayət məsuliyyəti yaradır. Bu məsələ daha ciddi xarakter almalı və konkret addımlar artıq atılmalıdır”.

 

Kənan

Tarix: 2 Avqust 2022, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin