BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyxin qudası: “Hər səhər iki rükət namaz qılmamış evdən çıxmıram, sonra isə bəzi hallarda qılıram…”

“Dinə qarışan adam deyiləm, ziyarətimi, duamı edirəm. Hər il Kəbəyə getmişəm, Allahdan bircə onu xahiş etmişəm ki, Allahım, imkan ver, gələn il də sağ-salamat gəlib Kəbədə, Mədinədə iki rükət namaz qılım. Həyatım boyu bundan artıq Allahımdan heç nə istəməmişəm. Qalan şeylər mənlik deyil. Mən Allaha, Kəbə evinə girən kimi iki rükət namazımı qılıram. Sonra ürəyim istəyir qılıram-qılmıram, gedirəm-getmirəm. Ancaq çox aydın bilirəm ki, Allahdan istədiyim iki rükət namazın içində hər şey var”.

 

Bu sözləri Pravda.az-a sabiq deputat Qalib Salahzadə Məhərrəm ayı barədə danışarkən deyib.

 

O bildirib ki, gündəlik hər səhər iki rükət namaz qılmamış evdən çıxmır: “1990-cı ildən bugünkü günə qədər iki rükət namazımı qılıram. Qalan vaxtlarda, yalan niyə deyim ki, qılanda qılıram, qılmayanda qılmıram. Başqaları deyir ki, namazın vaxtı keçdi və s. Özləri bilərlər, mən elə şeylərə qarışmıram. O, mollaların işidir. Allahım bilər, mən bilərəm. Allah özü bilir nə edir. Heç bir problemim yoxdur. Cənab Prezident Qarabağ problemini həll etdi, bu, Azərbaycan tarixində qaldı. Şəxsən cənab Prezidenti ən çox istəyən adamlardan biriyəm. Bir insan, dost kimi çox istəyirəm. Bir vəzifəm yoxdur ki, deyəm mənə vəzifə verib. Mən ancaq haqqın tərəfdarıyam. Allah istəyib ki, İlham Əliyev Azərbaycanın Prezidenti olsun. Xətrimə dəyən elə şeylər var ki... Adamlar var, hamısı yalandan yaltaqlıqla deyirlər ki, Prezidenti istəyirəm. Yox, adam gərək ürəyində prezidentini istəsin. Prezident 4 dəfə Kəbə evinin içində olub. Bu elə özü Allaha yaxın olmağın bir əlamətidir. Cürbəcür ölkələrin müsəlman prezidentləri var, heç orda olmayıblar…”

 

Qeyd: Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

 

Aytəkin Qardaşova

Tarix: 2 Avqust 2022, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin