BURADA REKLAMINIZ OLA
BİLƏR

Nurəddin Mehdixanlı: “Yaylaq Festivalında dövlətin 1 manatına da toxunulmayıb”

Xalq artisti Nurəddin Mehdixanlı II Milli Yaylaq Festivalı barədə səsləndirdiyi müsbət fikirlərə görə tənqid olunmasına münasibət bildirib.

 

N.Mehdixanlı Pravda.az-a açıqlamasında deyib ki, hər kəs fikrini söyləməkdə azaddır: “Mən fikrimi bildirmişəm, başqaları da. Onların dediklərini qəbul etmək məcburiyyətində deyiləm. Eyni zamanda kimsəni mənim fikirlərimi qəbul etməyə zorlamıram. Kim nəyi istəyibsə, onu görüb, vəssəlam. Mənim xoşuma gəlib, onların yox. Bu, onların fikridir. Hər il Yaylaq Festivalı olacaq, biz də ora gedəcəyik. Yağışa da düşəcəyik, palçığa da batacağıq, amma o Yaylaq Festivalını keçirəcəyik. Çünki bu, milli-mənəvi dəyərlər sistemimizdə özünə yer tutan bir şeydir. Bu, türkün diriliş adət-ənənələrindən biridir. Türkü özünə qaytaran bir ənənədir. Azərbaycan xalqının min illik adət və ənənəsidir. Onu da biz yaşadacağıq”.

 

Xalq artisti bildirib ki, Yaylaq Festivalında dövlət büdcəsinə toxunulmayıb: “Orada dövlətin 1 manat pulu-parası olmayıb. Sadəcə, mənəvi dəstəkçilər olublar. Qalan hər şey “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun, dostların ianəsi ilə baş tutub. Müzadil Həsənovun özünün, qardaşlarının və dostlarının cibinin pulu ilə o işlər görülüb. Dövlətin 1 manatına da toxunulmayıb. Ümumiyyətlə, orda elə şey olmayıb. Çünki bütün o ideyanın müəllifi, işin təşkilatçısı, qurucusu Müzadil Həsənovdur”.

 

Aytəkin Qardaşova

Tarix: 2 Avqust 2022, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin