BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Namiq Kamal: “Filmlərimiz həmişə yüksəkdə durub”

“Hər il avqustun 2-də Milli Kino Günü qeyd olunur. Hər kəs Azərbaycanda çəkilimiş filmlər barəsində çox yüksək fikirdədirlər. Çünki filmlərimiz hər mənada həmişə yüksəkdə durub. İnsanları, tamaşaçıları düşündürüb. Azərbaycan kinosunda ilindən asılı olmayaraq, hətta 30-40 il bundan əvvəl çəkilmiş filmlərdə belə, mənəviyyat prinsipi həmişə yüksək səviyyədə “qırmızı xətt”lə qeyd olunub.”

 

Bunu Pravda.az-a Azərbaycanın xalq artisti İlham Namiq Kamal deyib.

 

Xalq artisti bildirib ki, Azərbaycan kinosunun əksər aktyorları teatrdan gəliblər: “Bir çox dövlətlərdə də çox vaxt belə olur. Kinorejissorlar seçimlərini teatrda edib, aktyorları sınaq çəkilişlərinə dəvət edirlər. Mənim həyatımda da belə olmuşdu. Yadıma gəlir, “O olmasın, bu olsun”, “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kimi filmlər çəkən böyük rejissorumuz Hüseyn Seyidzadə “Qaynana” filminin sınaq çəkilişləri üçün belə dəvəti mənə etmişdi. O dövrün sınaq çəkilişləri çox obyektiv şəkildə, yəni əmi, dayı tanışlıq söhbəti olmadan həyata keçirilirdi. Rejissorları yalnız onların tablosuna uyğun bir çiçək seçmək maraqlandırırdı. Hüseyn müəllim də məni beləcə “Qaynana” filmində İlqar obrazı üçün təsdiq etdi. Ondan sonra Əjdər İbrahimovun iki seriyalı “Qəribə adam” filmində Əbdürrəhman obrazını canlandırdım. Daha sonra isə Anarın “Üzeyir ömrü” filmində, eləcə də “Bəyin oğurlanması”, səksənə yaxın “Mozalan” satirik kinojurnalında çəkildim. İndi yeni nəsil müasir, gənc rejissorlar gəlir. Onlara isə əsl mənada dayaq olmaq, meydan açmaq lazımdır. Onlar bu meydanda yaşından aslı olmayaraq hər hansı sənət adamını görmək istəyirlərsə, biz yenə də öz qüvvəmizi sınamağa hazırıq.”

Tarix: 2 Avqust 2022, 16:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin