Xəbər verdiyimiz ki, Milli Məclisin sədr müavini Adil Əliyevə qarşı sosial şəbəkədə təxribatlar davam edir. Xaricdən idarə olunan bir neçə səhifə A.Əliyevin demədiyi fikirləri onun adından tirajlayırlar. Sədr müavini bununla bağlı açıqlamasında bildirib ki, xaricdəki vətən xainlərinin “5-ci kolon”un aparıcı üzvləri ilə bərabər ədalət mühakiməsi qarşısında dayanacaqları gün uzaqda deyil.
Milli Məclisin deputatları Adil Əliyevin fikirlərinə dəstəklərini ifadə ediblər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında təəssüflə deyib ki, özlərini bloqer adlandıran şəxslər xaricdə davamlı olaraq Azərbaycanın ayrı-ayrı şəxslərinin ünvanına sərt tənqidlər, bir sıra hallarda da söyüşlər, təhqirlər yağdırırlar:

“Medianın əsas hədəfi, məqsədi cəmiyyətin inkişafına nail olmaq, problemlər varsa, onu göstərməkdir. Ancaq konkret olaraq ölkə rəhbərliyini, onun komandasını davamlı ləkələmək, nüfuzdan, hörmətdən salmaq cəhdləri yolverilməzdir. Burda söhbət xüsusilə təhqirdən gedir. Onlar daim bu metoddan istifadə edirlər, əlbəttə, qəbuledilməzdir. Ölkə qanunlarını pozduqlarına, media haqqında qanunun tələbinə əməl etmədiklərinə, şəxsiyyətləri təhqir etdiklərinə görə qanun qarşısında mütləq cavab verməlidirlər. Bilməlidirlər ki, heç kim qanundan üstün deyil. Nə vaxtsa qanundan qaça bilməyəcəklər. Ona görə də hər kəs öz yanaşmasında, ifadəsində diqqətli olmalıdır. Tənqid ola bilər, amma təhqir yolverilməzdir. Bu, həm də o insanların hansı düşüncədə olduqlarını göstərir. Belə metoddan, Azərbaycanın rəsmi şəxslərini nüfuzdan salmaqdan əl çəksinlər, ölkəmizin nüfuzuna xələl gətirirlər. Siz hansısa bir erməninin xaricdən oturub ölkəsinin əleyhinə bu şəkildə təbliğat apardığını görə bilməzsiniz. Ermənilər bunu heç vaxt etmir. Əmin olsunlar ki, qanun qarşısında əməllərinə görə cavab verəcəklər. Ona görə də yanaşmalarında, ifadələrində heç vaxt dövlətin maraqlarını, Azərbaycanın marağını, uğurlarını qurban verməli deyillər. “Azərbaycanda hər şey qaradır, pisdir” deyib, məsələlərə belə yanaşmaq yolverilməzdir. Bu, ölkəmizə də, azərbaycançılığa da, dövlətçiliyimizə də yalnız xələl gətirən məsələdir”.
Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, “söyüş müxalifəti” və “5-ci kolon”a qarşı hüquqi müstəvidə mübarizə aparılmalıdır:

“Həqiqətən, bu ünsürlər “verbovka” olunaraq müəyyən mərkəzlərin maraqlarına xidmət edənlərdirlər. Onlar sifarişi aldıqları istiqamətdə fəaliyyətə keçirlər və bütün sərhədləri aşaraq əxlaqdan və tərbiyədən kənar, söyüşlər işlətməklə dövlətimizə uğur qazandıran siyasətin ətrafında birləşən şəxsləri hədəf seçiblər. Təbii ki, onların nail olacağı bir nəticə yoxdur. Təhqir və söyüşlər söyməyi özlərinin əsas amalı hesab edən belə ünsürlər, həmkarım Adil Əliyevin qeyd etdiyi kimi, beynəlxalq məhkəmələrdə cavab verməlidirlər. Təhqir və söyüşə heç bir dövlətin qanununda icazə verilmir. Beynəlxalq hüquq və normalarda da hər bir insanın şərəf və ləyaqətinə hörmət tələb olunur. Xarici ölkələrdə oturanların “Youtube” kanallarında yayımladıqları, əxlaqdan və tərbiyədən kənar işlətdikləri ifadələr məhkəmələrin predmetidir. Hesab edirəm ki, o ünsürlərin hüquqi müstəvidə cəzalandırılmasının zamanı gəlib çatıb”.
Milli Məclisin deputatı Müşfiq Cəfərov da Adil Əliyevin fikirlərini dəstəklədiyini deyib:

“Sosial şəbəkələrdə paylaşılan bu qeyri-etik video və yazılar cəmiyyətə təsir edir. Xaricdə olmaları onları məsuliyyətdən yayındıra bilməz. Gec, ya da tez xaricdə oturan, özünə “müxalifətçiyəm” deyən bu şəxslər məhkəmə qarşısında cavab verməlidirlər. Azərbaycan dövlətçiliyinə, rəsmi şəxslərinə bu qədər təhqiramiz yanaşma cəzasız qalmamalıdır. Onların çıxışları artıq şəxsi zəmindən də çıxıb, birbaşa dövlətçiliyimizə qarşı yönəlib. Bütün bunlar, təbii ki, xarici qüvvələrin əli ilə baş tutur. Hər hansı maliyyə resursları onları bu tərzdə danışmağa sövq edir. Dövlətimizin beynəlxalq nüfuzuna xələl gətirən bu prosesin qarşısı alınmalıdır”.
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, xaricdə yaşayıb oradakı qüvvələrin çaldığı “mahnı”lara oynayan, Azərbaycanın əleyhinə çalışan bəzi ünsürlər hər vəchlə ölkəmizdə xaos yaratmaq istəyirlər:

“Azərbaycanın uğuruna kölgə salmaq, ictimai çaşqınlıq yaratmaq, Vətənə, millətə dövlətə xidmət edən insanları qaralamaq, ləkələmək, onların adlarına, əməllərinə uyğun olmayan saxta informasiyaları tirajlamaqla faktiki olaraq həmin insanları həvəsdən salmaq, bir sözlə azərbaycançılığa, dövlətimizə qarşı qarayaxmalarla məşhurlaşmaq, reytinq toplamaq, aldıqları qrantların miqdarını artırmaq niyyətlərini ortaya qoyublar. Həmin insanlar, təəssüf ki, 44 günlük Vətən Müharibəsinin gedişində də eyni ampulada idilər, Azərbaycanın uğurunu həzm edə bilmirdilər. Təəssüf ki, onda da tamamilə fərqli qüvvələrə xidmət etdiklərini ortaya qoyurdular. Bu gün daha yaxşı anlayırıq ki, həmin insanlar bəzən milliyətçi, bəzən Azərbaycansevər, təəssübkeş kimi görünməyə çalışsalar da, əslində bütün bunlardan tamamilə uzaq missiyanı yerinə yetirirlər. Azərbaycana yox, Azərbaycanın əleyhinə olan qüvvələrin yanındadırlar. Azərbaycan dövləti gücləndikcə həmin insanların Azərbaycana gətirilməsi və Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab vermələri mütləq təmin edilməlidir. “Söyüş müxalifəti”ni təmsil edən o insanlar gec-tez haqq-ədalət mühakiməsinə cəlb edilməlidirlər. Çünki onlar faktiki olaraq azad sözü yox, “söyüş müxalifəti”ni təmsil edirlər. Onlar Azərbaycan üçün heç bir faydalı iş görmürlər. Əksinə, Azərbaycanın inkişafını, irəli getməsini, regionda güclənməsini istəməyən beynəlxalq güclərin və hansısa xarici kəşfiyyat orqanlarının sifarişlərini yerinə yetirirlər”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
Ən son xəbərləri səhifəmizdən də izləyin