BURADA REKLAMINIZ OLA
BİLƏR

“Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib” - Anar Kərimov

Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib.

 

Bunu mədəniyyət naziri Anar Kərimov deyib.

 

O bildirib ki, hazırda müsabiqənin ikinci mərhələsindəyik.

 

“Yeni eskizlər alınıb. Müsabiqədə gənc heykəltəraşlar da iştirak edir. Hesab edirəm ki, ikinci mərhələnin elan edilməsi müsabiqənin nə qədər şəffaf olduğunu göstərir. Ümid edirik ki, ikinci mərhələ zamanı təqdim olunan eskizlərdən biri seçiləcək”,-deyə nazir bildirib.

Tarix: 2 Avqust 2022, 20:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin