BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Pelosinin Tayvana israrlı səfəri “danışılmış döyüşə” bənzəyir”

“Rusların xəbər kanalları, Kremlin sözçüləri Nensi Pelosinin Tayvana səfərini pisləyir, Tayvanı tanınmamış “ölkə”, ABŞ-ın addımını isə təxribat adlandırır və tanınmamış bir “ölkəyə” heç bir rəsmi şəxsin səfər etməyə haqqı olmadığını deyirlər, yaxşı da deyirlər e, amma özləri hər şeyi tərsinə edirlər axı! Tanınmamış Abxaziya və Cənubi Osetiyaya, sonra da “DXR/LXR”ə nəinki rəsmilərini göndərirdi, qoşun çəkib işğal etdi. Bu, bir kənara, Xankəndidə bəslədiyi qondarma rejimlə Moskva rəsmiləri  ora səfər edib görüşürlər, Qarabağda yerləşən “rusməramlılar” Xankəndiyə kimi gəldi, Bakının icazəsi və bilgisi olmadan buraxırlar, bəs buna nə deyəsən?! Rusiyanın ən böyük zəif nöqtəsi tutarsızlığıdır, dediyi ilə əməli həmişə 180 dərəcə fərqlənir, ona görə də qeyri-ciddi və aqressiv “izqoy” ölkəyə çevrilib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Gələk Pelosinin Tayvana israrlı səfərinə, adamın ürəyi ağrıyır, o boyda ABŞ görün nə vəziyyətə qalıb, Demokratlar Partiyası payızda ara seçkiləri uduzmasın deyə, belə ucuz addımlarla reytinq yığmağa çalışır, hətta “danışılmış döyüşə” də bənzəyir, Çinə Demokratlar daha sərf edir, Respublikaçıkarın, “Trampist”lərin payızda qələbəsi Çin üçün arzuolunan deyil. Ümumiyyətlə, Qərbin son 50 ildə ən böyük hədəflərindən biri SSRİ (sonra da Rusiya) ilə Çinin yaxınlaşmasına imkan verməmək idi, amma son 6-7 ildə hər şeyi etdilər ki, bu iki "monstr" daha da yaxın olsunlar, indi bu, ağılsızlıqdır, ya düşünülmüş taktika?! Açığı, bilmirəm, amma ağılsızlığa daha çox bənzəyir...” – N.Cəfərli qeyd edib.

 

Kənan

Tarix: 2 Avqust 2022, 21:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin