BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda İtaliya şirkəti cərimələndi

“Collezione İtalia” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Gültəkin Əsədovanın icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Mebel və aksesuarların multibrend şourumu olan “Collezione İtalia” MMC bir neçə ildir Azərbaycanda fəaliyyət göstərir.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2022, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin