BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərhad Mehdiyev: “Pelosinin təyyarəsinin vurulması ağılsızlıq olardı”

“Bəziləriniz bildirir ki, Çin qorxdu, Pelosinin təyyarəsini vurmadı. Təbii ki, Pelosinin təyyarəsinin vurulması cəsarət və qərarlılıq deyil, tam bir ağılsızlıq olardı. Çin heç vaxt belə bir addım atmazdı. Pelosi təyyarəsinin Tayvana enməsi, Jonsonun Kievə gəlməsi kimi bir şeydir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Fərhad Mehdiyev bildirib.

 

F.Mehdiyev qeyd edib ki, Çinin əsas ticarət tərəfdaşı Qərbdir: “Çin Amerika ilə müharibə etmək istəməz. Bu müharibəni hal-hazırda Amerika da istəməz çünki o Ukraina - Rusiya savaşında dolayı da olsa texnikası ilə iştirak edir. Amma Çinin yüksəlişi də bir gərçəkdir; Çini idarə edənlər ağılsızlıq edib Tayvana girməsələr, bu yüksəliş davam edəcək. Əks halda, elə bir fürsət vermiş olacaqlar ki, Çinə mütləq sarsıdıcı zərbə vurulacaq. Şəxsən mən belə bir müharibənin indi olmasa da, nə vaxtsa çıxacağını gözləyirəm. Amma bunun nə vaxt olacağını demək, təbii ki mümkün deyil”.

 

Kənan

Tarix: 3 Avqust 2022, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin