BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaziləri aldadan şəxsin icra başçısının qardaşı oğlu olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 27-də həbs etdiyi Elvin Əliyevin Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Bu Pravda.az-ın sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyətindən bildirilib.

 

Qeyd: Elvin Əliyevə qarşı Vətən müharibəsi iştirakçılarına dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Elvin Əliyevin Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılmışdı.

 

Leyla Yusubova

Tarix: 3 Avqust 2022, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin