BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov: “Anti-terror əməliyyatı keçirilə, lokal döyüşlər ola bilər”

“2020-ci ilin 10 noyabr bəyanatında hər şey qeyd olunub. Nə vaxta qədər ki, Ermənistan üzərinə düşən öhdəlikləri davamlı şəkildə pozacaq, əlbəttə, müharibə müzakirə mövzusu olacaq. İnanmıram ki, indiki halda müharibə olsun, lakin anti-terror əməliyyatı, lokal döyüşlər ola bilər. Ermənistan qeyri-qanuni silahlı dəstələrini ərazilərimizdən çıxarmalıdır. Onlar oyun oynayırlar. Hər dəfə bəhanələr gətirilir. Bunlar hamısı, sadəcə, gülməlidir. Birmənalı şəkildə erməni qoşunları Qarabağdan çıxmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasından sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Sabiq nazir bildirib ki, rus sülhməramlıları da üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər: “10 noyabr bəyanatında Rusiya Prezidenti Vladimir Putin də imza atıb. Sülhməramlılar da bəyannamədə nəzərdə tutulmuş bəndlərə tam şəkildə riayət etməlidirdlər”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Avqust 2022, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin