BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda "Kapital Bank"ı qarət edən əcnəbiyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Pakistan vətəndaş Abbas Moazzamın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: A.Moazzam “Kapital Bank” ASC-nin şikayəti əsasında həbs olunub.

 

İttiham aktına əsasən, o, bankdan külli miqdarda pulu oğurluq yolu ilə ələ keçirib.

 

A.Moazzaminin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

 

İş üzrə zərərçəkmiş qismində "Kapital Bank" ASC tanınır.

 

Kamal Məmmədov

Tarix: 3 Avqust 2022, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin