“Son günlər Qarabağda erməni təxribatlarının artması ermənilərin hadisələrin gedişindən ciddi şəkildə narahat olması ilə bağlıdır. Nəyin bahasına olursa, olsun, Minsk Qrupunu diriltməyə çalışmaq cəhdləri uğursuzluqla nəticələndi. Rusiya qəti şəkildə Minsk Qrupunun işində iştirak etməyəcəyini bildirdi. Brüssel danışıqlarına ümid bağlayan ermənilər Azərbaycanla Avropa İttifaqı arasında imzalanan memorandumdan sonra ciddi şəkildə qorxuya düşdülər. Çox güman ki, Aİ-nin də Azərbaycanın mövqeyini dəstəkləyəcəyini və Qarabağa heç bir “status” verilməyəcəyini düşünərək bu cür təxribatlara əl atdılar. Məqsəd nədir? “Biz azərbaycanlılarla bir yerdə yaşaya bilmərik, Azərbacanın tərkibində qala bilmərik, çünki hər dəqiqə ölüm və ermənilərin soyqırıma uğramaq təhlükəsi var” fikri xüsusilə qabardılır. Aydındır ki, bu cəhdlər heç bir nəticə verə bilməz. Avropa İttifaqı hansı mövqeyi tutacaq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, yoxsa orta bir mövqe tutaraq hər iki tərəfin marağını təmin etməyəmi çalışacaq? Bunu, təbii ki, gələcək göstərəcək. Ancaq Avropanın qazla bağlı çox ciddi problemlərlə üzləşməsi və Azərbaycana ciddi şəkildə ümid bağlaması ölkəmizin mövqelərini xeyli möhkəmləndirmişdi”.
Bu sözləri Pravda.az-a Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni birləşmələri tərəfindən Ordumuzun Laçın istiqamətində yerləşən bölmələrinə qarşı törədilən təxribat barəsində danışarkən deyib.
O bildirib ki, Rusiyanın Qarabağdakı təxribatlarda iştirak etdiyini düşünmür: “Güman etmirəm ki, Rusiya sabitliyin pozulmasında maraqlıdır. Çünki Ukraynanın işğalı və hərbi əməliyyatların gedişi göstərir ki, Rusiya kifayət qədər ağır vəziyyətdədir. Dünyanın nüfuzlu dövlətləri tərəfindən çıxdaş vəziyyətə salınıb. Baxmayaraq ki, Rusiyaya qarşı sanksiyaları dünyanın 193 dövlətindən, hardasa, 60-a yaxını dəstəkləyib. Ancaq bu dövlətlər çəkisi, nüfuzu olan dövlətlərdir. Ona görə Rusiyanın ağır vəziyyətdə olması təbiidir. Hərbi əməliyyatların gedişi də Rusiyanı qane etmir. Ukraynanın silahlanması, yeni silahlar alması Moskvanı çox ciddi şəkildə qorxudur. Bu məqamda Qarabağda sabitliyin pozulması Rusiyanın maraqlarına uyğun ola bilməz. Rusiya burdan heç nə qazanmayacaq”.
A.Səmədov “sabitlik, atəşkəs pozulursa, Rusiya sülhməramlılarına ehtiyac varmı?” sualına isə belə cavab verib: “Çox təəssüf ki, sühlməramlıların olduğu əksər dövlətlərdə bu cür hadisələr baş verir. Atəşkəsin pozulması hallarının qarşısını almaq, demək olar, nadir hallarda sülhməramlılara müyəssər olur. Məsələn, Bosniya və Herseqovinada 60 minə yaxın sülhməramlı var idi, amma sülhməramlıların gözünün qarşısında Serebnitsada 10 minə yaxın müsəlmanı öldürdülər. Rus sülhməramlıları, təəssüf ki, bəyanatda nəzərdə tutulan tələblərin icrasını vaxtında təmin etmirlər və nəticə göz qabağındadır. Güman edirəm ki, təxribatların nəticəsi ermənilərin arzuladıqları halların baş verməsinə gətirib çıxarmayacaq. Onsuz da, onlar dərk edirlər ki, Azərbaycan gündən-günə güclənir, nüfuzu artır. Bunun qarşısında nəsə qoymaq Ermənistanın imkanları xaricindədir”.
Partiya sədri Qarabağda sabitliyin pozulmasının avqustun 5-də Soçidə keçiriləcək görüşlə əlaqəsi olub-olmadığına da münasibət bildirib: “Yəqin ki, bu məsələdə də ermənilər kifayət qədər narahatdırlar. Qəbul olunacaq qərarlar çox ciddi şəkildə onları narahat etdiyindən, ola bilsin, bu vasitə ilə Rusiyaya hansısa mesajlar vermək istəyirlər. Cəhdləri əbəsdir və nəticə verməyəcək. Ancaq təəssüf ki, atəşkəsin pozulması halları dəyərli gənclərimizin şəhid olması ilə nəticələnir, bu da hamımızı həddən artıq narahat edir. Allah şəhidlərimizə rəhmət eləsin”.
O güman edir ki, müharibə baş verə bilməz: “Anti-terror əməliyyatı ola bilər. Azərbaycan Ordusu kiçik, qısamüddətli hərbi əməliyyat keçirə bilər. Ancaq müharibə baş verməyəcək, çünki Ordumuzun qarşısında dura biləcək elə bir güc yoxdur və erməni ordusu 2020-ci illə müqayisədə dəfələrlə zəifdir”.
Aytəkin Qardaşova
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
Ən son xəbərləri səhifəmizdən də izləyin