BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarında nə baş verir?

Martın 14-ü saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır.

 

 “Azərbaycan Dəmir Yolları” QSC-dən Pravda.az-a verilən məlumata görə, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

 

Qeyd edək ki, Bakı-Tbilisi qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Tarix: 14 Mart 2020, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin