BURADA REKLAMINIZ OLA
BİLƏR

AYB fəaliyyətini dayandırır

“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

 

O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq.

 

“Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, - A.Rzayev vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib.Report

Tarix: 14 Mart 2020, 13:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin