BURADA REKLAMINIZ OLA
BİLƏR

Metyu Brayza: “Rusiya sülhməramlı kontingenti gərginliyin qarşısını almaq iqtidarında deyilsə...”

“Baş verənlər atəşkəs rejiminin pozulmasının ən ciddi nümunəsidir. Burada Rusiya sülhməramlı kontingentinin özlərini stress altında hiss etmələri aydındır. Daha öncə, Rusiya sülhməramlılarının “İnterfaks”da və başqa media orqanlarında Qarabağda sülhü qorumağın çətin olduğunu bildirən açıqlamaları da var idi. Düşünürəm ki, sülh müqaviləsi imzalanmayanadək, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına dair razılıq əldə olunmayanadək bölgədəki vəziyyət, təəssüf ki, bu şəkildə davam edəcək. Bu dəfə ərazidə qeydə alınan gərginlik Azərbaycanla Ermənistan sərhədində deyil, Rusiya sülhməramlılarının müşahidə ərazisində, Laçında baş verib...”

 

Bunu Pravda.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

 

M.Brayza bildirib ki, rus sülhməramlıları indiyədək kifayət qədər yaxşı fəaliyyət göstərib: “İnsanların bir-birinə atəş açmasının qarşısını almaq çox çətin bir işdir. Lakin bu cür gərginliyin qarşısını almaq iqtidarında deyillərsə, onların mandatının uzadılmaması barədə qərar verilə bilər. Güman edirəm ki, bu məsələni gündəmə gətirmək üçün Azərbaycan, eləcə də Ermənistan rəhbərliyi rusiyalı həmkarları ilə intensiv danışıqlar aparmalıdır. Qarabağda qeydə alınan toqquşmada azərbaycanlı əsgər həlak oldu, bu təxribata qətiyyətli şəkildə dron zərbəsi ilə cavab verildi. Ümid edirəm ki, bu gərginlik bununla bitər və daha ciddi qarşıdurmalara gətirib çıxarmaz”.

 

Leyla Yusubova

Tarix: 4 Avqust 2022, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin