BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “İran orda yaşayan azərbaycanlıların oyanmasından narahatdır”

“Azərbaycan Qarabağla bağlı addım atan kimi İran qıcıqlanır. İran orda yaşayan azərbaycanlıların oyanmasından və fəaliyyətindən narahatdır. Başqa nədən narahat olacaq?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“İranın sərhədə qoşun yığması yalan məlumat da ola bilər, amma doğrudan da, qoşun yığa bilərlər. Bunu dəqiq deyə bilmərəm, provokasiya da ola da bilər, doğru məlumat da… İran istədi-istəmədi, Zəngəzur dəhlizini açacağıq. Onun İrana dəxli yoxdur, vəssalam!”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 4 Avqust 2022, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin