“Ermənistan separatçılıq və işğalçılıq mövqeyində dəyişməz olaraq qalır. Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra kapitulyant Ermənistan üzərinə öhdəliklər götürmüşdü. Lakin bu vaxta kimi Ermənistan tərəfindən heç bir öhdəlik yerinə yetirilməyib”.
Bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.
YAP rəsmisi deyib ki, 2020-ci ilin 10 noyabrında bağlanan üçtərəfli Bəyanatının heç bir bəndi Ermənistan tərəfindən icra edilmir: “Biz yalnız Ermənistan tərəfindən mənfi məqamların, təxribatların, separatçılıq əməllərinin artığını müşahidə edirik. Erməni silahlı qüvvələri hələ də Qarabağdan çıxarılmayıb, baxmayaraq bununla bağlı rəsmi şəkildə Ermənistanın siyasi rəhbərliyi bir neçə dəfə simulyasiya xarakterli açıqlama verib. Azərbaycan erməni silahlı birləşmələrinin öz ərazisində qalması ilə barışa bilməz, bu, tamamilə qəbuledilməzdir. Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İlin 6 aylıq müşavirəsində Prezident İlham Əliyev “Ermənistan Azərbaycan ərazisindən silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin, işimizi bilək. Bizim cavabımız nə olacaq?” deyərək məsələyə xüsusi olaraq toxundu. Bu fikirlə cənab Prezident bir növ Ermənistana xəbərdarlıq etmişdi. Lakin erməni tərəfi yenə də öz separatçılığından əl çəkmirdi. Ermənistanın 10 noyabr Bəyanatının kobudcasına pozmasının cavabını Azərbaycan Ordusu ötən gün "Qisas" əməliyyatı ilə verdi. Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin seperatçılıq əməllərinin qarşısı alındı. Artıq “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri Azərbaycan Ordusunun nəzarətinə altına keçib. Hazırda bu mövqelərdə möhkəmləndirmə işləri aparılır”.
A.Əsgərli Azərbaycan ərazilərində qanunsuz erməni birləşmələrinin mövcudluğunun təhlükə mənbəyi olduğunu qeyd edib: “Ermənistan qoşunları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxmalıdır. Azərbaycan anti-terror əməliyyatları keçirərək təxribatçıları öz ərazisindən çıxaracaq. Necə ki, avqustun 3-də bunun bir daha şahidi olduq. Müzəffər Azərbaycan Ordusu erməni tərəfinə növbəti dəfə “Dəmir yumruq”la zərbəsini endirdi. Bu, Ermənistana növbəti mesaj idi: istənilən təxribata cavab daha ağır olacaq. “Fərrux”, “Qisas” əməliyyatlarından sonra yəqin ki, yekun anti-terror təmizləmə əməliyyatının adı da “Son” olacaq. Ermənistan 44 günlük Vətən müharibəsi zamanı dərsini almayıb. Bu ölkə sülhə yönəlik heç bir addım atmaq istəmir. Çünki Ermənistan mövqeyini daxili olaraq müəyyənləşdirə bilmir. Ona görə xarici havadarlarının sifarişi ilə Cənubi Qafqazda sabitliyi pozmağa çalışır. Azərbaycan isə hər zaman sülhün tərəfdarı olub. Bu gün Azərbaycan region ölkələri ilə ikitərəfl və üçtərəfli münasibətlərdə sülh üçün çalışır. Ermənistan isə regionda sülh üçün atılan addlmlara qarşı separatçılıq edir. Amma bunun da cəzasın çəkir. Artıq beynəlxalq aləmdə Ermənistanla bağlı terror, separatçı ölkə imici formalaşmaqdadır”.
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin