BURADA REKLAMINIZ OLA
BİLƏR

İqor Korotçenko: “Regionda strateji təşəbbüs Azərbaycan ordusunun əlindədir”

“Qarabağ ərazisində hələ də qeyri-qanuni erməni silahlı birləşmələrinin olması hər an sabitliyi pozan başlıca amildir. Elə buna görə də növbəti dəfə Qarabağ ərazisində belə təxribat baş verdi. Nəticədə isə Azərbaycan hərbçilərindən biri həlak oldu, sonra isə Azərbaycan erməni revanşistlərini yerinə oturtmaq üçün “Qisas” əməliyyatını həyata keçirdi”.

 

Bunu Pravda.az-a açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib

 

İ.Korotçenko bildirib ki, regionda strateji təşəbbüs Azərbaycan ordusunun əlindədir: “Növbəti təxribat zamanı da qanunsuz erməni silahlı birləşmələri cavablarını aldılar. İndi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq, “Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisini tamamilə nə vaxt tərk edəcək?” sualını daha geniş şəkildə müzakirəyə çıxarmaq lazımdır. Bu razılaşmanın altında Nikol Paşinyanın da imzası var. Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribatın törədildiyi İkinci Qarabağ müharibəsinin başlanmasının iki illiyi ərəfəsində Ermənistanı istər üçtərəfli bəyanatda, istərsə də sonrakı razılaşmalarda üzərinə götürdüyü öhdəlikləri tam və qeyd-şərtsiz yerinə yetirməyə məcbur etmək üçün İrəvana lazımi siyasi təzyiq göstərməyə haqqımız var. Onu da xatırladım ki, Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı mina sahələrinin xəritələrini də hələ təhvil verməyib. Bu minaların partlaması nəticəsində onlarla insan həlak olub, 300-ə yaxını xəsarət alıb. Rəsmi İrəvanın prosesi ləngitməsinə görə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinə də praktiki baxımdan hələ start verilməyib. Ən əsası isə erməni silahlı birləşmələri hələ də Qarabağdadırlar. Rusiya və Azərbaycanın Ermənistanı öhdəliklərini yerinə yetirməyə, ən əsası isə 2022-ci il noyabrın 10-dək qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmağa məcbur edəcəklərinə inanırıq”.

 

Leyla Yusubova

Tarix: 4 Avqust 2022, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin